FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

H.Əliyev Mərkəzində "Oxu Günü"

22.04.2019

Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda “Oxu Günü” keçirilib.

Tədbir Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), Azərbaycan Respublikasının Gənclər Fondu və “Hədəf Nəşrləri”nin tərəfdaşlığı ilə reallaşıb. 

Tədbirdə Təhsil Naziri Ceyhun Bayramov, Mədəniyyət Nazirliyinin, AMEA-nın nümayəndələri, millət vəkilləri və digər şəxslər iştirak ediblər.

“Gəlin birgə oxuyaq!” şüarı altında keçirilən “Oxu Günü”nün məqsədi yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişinin inkişafı, kitaba marağın artırılmasına yönəlib. 

Tədbirdə Fizika, riyaziyyat və informatika təmayüllü liseyin müəllim və şagirdləri də iştirak etdilər.