FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Yaşıl bufet

24.04.2019

23.04.2019-cu il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü liseyin yeməkxanasında “Yaşıl bufet nədir?” başlığı altında tədbir keçirildi. Tədbirdə sağlam qidalanma haqqında geniş söhbət aparıldı, şagirdlərə kola, energetik, qazlı içkilər, hamburger, kimi qeyri-sağlam qidalardan uzaq olmaq məsləhət görüldü.

Ümumiyyətlə, şagirdlərə gün ərzində yeyilən qida rasionunun tərkibinin 15-20% zülal, 20-30% yağlar, 50% meyvə, tərəvəz və karbohidratlar olması haqqında məlumatlar verildi.

Daha sonra Liseyin yeməkxanasında verilən qidaların bu tələblərə hansı səviyyədə cavab verdiyi yoxlanıldı.