
"Purple Comet Math Meet" adlı bilik yarışı
25.04.2019
16.03.-05.04.2019-cu il tarixləri arasında Azərbaycanda riyaziyyat fənni üzrə “Purple Comet Math Meet” adlı bilik yarışı keçirilmişdi.
Yarışın birinci mərhələsi 16.03.2019-cu il tarixində Avropa Azərbaycan Məktəbində keçirildi. Bu mərhələdə 360 nəfər məktəbli arasında Fizika, riyaziyyat və informatika təmayüllü liseyin və Türkiyə Dəyanət Vaqfının şagirdlərindən birgə təşkil olunmuş “FRİTL & TDV” komandası uğurla çıxış edərək I yerə çıxdı.
Yarışın II mərhələsi 05.04.2019-cu il tarixində ADA Universitetində keçirildi. Bu mərhələdə də “FRİTL & TDV” 30 komanda arasında ən yüksək nəticə göstərərək, Azərbaycanda I yerə layiq görüldü. Bu nəticəyə əsasən komanda dünyada 5-ci yerdə qərar tutdu.
Komandanın əksər üzvlərini liseyimizin VIIIC sinfinin şagirdləri təşkil edir.
Komandanın tərkibi:
- Abbasov Toğrul Namiq – FRİTL
- Bağırzadə Kənan Rasim – FRİTL
- Rəsulova Sevil Namiq – FRİTL
- Süleymanlı Sabir Elşad – FRİTL
- Cəfərli Murad – TDV
- Nəbiyeva Ayan Kamran – TDV
Şagirdlərimizi təbrik edir, onlara daha böyük uğurlar arzulayırıq!