XƏBƏRLƏR

Balkan Riyaziyyat Olimpiadası
06.05.2019
30 aprel-05 may 2019-cu il tarixləri arasında Moldovanın paytaxtı Kişinyov şəhərində məktəblilərin 36-cı Balkan Riyaziyyat Olimpiadası (BMO-2019) keçirilmişdi.
Olimpiadada Azərbaycanı təmsil edən məktəblilər uğurla çıxış edərək, 4 gümüş və 1 bürünc medal qazanıblar.
Qeyd edək ki, Azərbaycanı təmsil edən komandanın 6 üzvünün 5-i Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdləridir. Onlardan Ramil Cəbiyev (11-ci sinif), Fərid İsmayılov və Murad Ağazadə (10-cu sinif) gümüş, Abbas Məmmədov (10-cu sinif) isə bürünc medala layiq görülüblər.
Şagirdlərimizi, onların müəllimlərini və valideynlərini təbrik edir, medalların əyarını bir pillə də yüksəltməyi arzulayırıq!