XƏBƏRLƏR

Yaşıl guşə
07.05.2019
06.05.2019-cu il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü liseydə VIIa, VIIb, VIIc, VIIç, VIIIb, VIIIc, VIIId sinif şagirdlərinin yaxından iştirakı ilə “Yaşıl guşə” adlı tədbir keçirildi.
Əvvəlcə şagirdlərə otaq bitkiləri haqqında məlumat verildi. Eyni zamanda, 21 növ otaq bitkisinin fotoşəkli nümayiş etdirildi və onların müalicəvi əhəmiyyəti, tərkiblərində olan vitaminlər, mikroelementlər şagirdlərin diqqətinə çatdırıldı. Daha sonra şagirdlər məktəbdə yaşıl guşəyə qulluq etməyin yolları haqda məlumatla tanış oldular.
Tədbirin sonunda şagirdlər dibçəklərə müxtəlif növ otaq bitkiləri əkərək, siniflərə payladılar.