FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

HEYDƏR ƏLİYEV – 96 "ƏN YAXŞI TƏQDİMAT" MÜSABİQƏSİNİN QALİBLƏRİ

08.05.2019

  07.05.2019-cu il tarixində Bulvar hotelin “Tağıyev” zalında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə ümumtəhsil məktəb şagirdləri arasında keçirilmiş “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.

  Mərasimdə Təhsil naziri Ceyhun Bayramov, Baş Nazirin 1-ci müavini Əli Əhmədov, 1-ci Vitse-spiker Bahar Muradova, AMEA-nın 1-ci Vitse-Prezidenti, akademik İsa Həbibbəyli, millət vəkilləri və Azərbaycan ictimaiyyətinin digər tanınmış nümayəndələri iştirak edirdilər.

 Mükafatlandırma mərasimini giriş sözü ilə Təhsil naziri C. Bayramov açdı. Daha sonra Baş Nazirin 1-ci müavini Əli Əhmədov, Vitse-spiker Bahar Muradova, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Ümummilli liderin Azərbaycan dövlətçiliyinin qorunub möhkəmləndirilməsindəki xidmətlərindən bəhs etdilər.

  Tədbir müsabiqə qaliblərinin mükafatlandırılması ilə davam etdirildi. Bu müsabiqədə Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IXd sinif şagirdi Əli Cavid Rəsul oğlu da uğurla çıxış edərək, Nazirliyin mükafatına layiq görülmüşdür.

   Şagirdimizə mükafatları AMEA-nın 1-ci Vitse-Prezidenti, akademik İsa Həbibbəyli təqdim etdi.

  Məktəb kollektivi olaraq, Əli Cavid Rəsul oğlunu təbrik edir, ona uğurlar arzulayırıq!