FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Talassemiyasız həyat

13.05.2019

Talassemiya valideynlərdən uşaqlara gen vasitəsilə keçən qan xəstəliyidir. İlk dəfə 1925-ci ildə Aralıq dənizi ölkələrində Amerika alimi Kuliveli yunan-italyan mənşəli uşaqlarda bu xəstəliyi aşkarlamışdır. Qırmızı qan hüceyrələri olan eritrositlərin deffekti nəticəsində yaranan qan azlığıdır.

Hazırda dünyada 250 milyon talassemiya daşıyıcısı, 300 min isə xəstə uşaq var. Azərbaycanda hər il 200 uşaq bu xəstəliklə doğulur.

Bildiyimiz kimi, 8 may Beynəlxalq Talassemiya Günüdür. Bu məqsədlə 08.05.2019-cu il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində VIIIc sinif şagirdləri və Liseyin biologiya müəllimi Südabə Kərimovanın təşkilatçılığı ilə “Talassemiyasız həyat” adlı tədbir keçirildi. Tədbirdə Tədris işləri üzrə direktor müavini E. Məmmədov və valideyn-Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri X. Kazımov da iştirak edirdilər.

Əvvəlcə talassemiya haqqında sosial çarx nümayiş etdirildi, xəstəlik barədə S. Kərimova məlumat verdi, şagirdlərin hazırladıqları təqdimatlara baxıldı.

Talassemiyalı xəstələrə dövlət qayğısı barədə E.Məmmədov və

X. Kazımovun çıxışları da şagirdlər tərəfindən maraqla qarşılandı.

Sonda şagirdlərə bukletlər paylandı.