XƏBƏRLƏR

"Spelling Bee" yarışmasınn final mərhələsi
15.05.2019
08.05.2019-cu il tarixində Fizika-riyaziyyat və informatika təmayüllü liseydə "Spelling Bee" yarışmasının final mərhələsi keçirildi. Fevral ayında start göturmüş "Söz" yarışmasının əvvəlki mərhələlərində bütün 7-ci və 8-ci sinif şagirdləri iştirak etmişdilər. Onlardan 16 nəfər şagird final mərhələsində iştirak etmək hüququ qazandı.
Final mərhələsinə qalan şagirdlər cox maraqlı oyun nümayiş etdirdi. Yarışmanın qalibləri 7a sinif şagirdi Röya Mirzəyeva 1-ci yeri, 8b sinif şagirdi İlqarə Məmmədova isə 2-ci yeri qazandılar.
Sonda qaliblər və iştirakçılar sertifikatla təltif olundular.