FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Təbiəti dəyişməkdənsə, özünü dəyiş

14.05.2019

  Yaşadığımız dünya bizi əhatə edən aləm-təbiət zəngin və rəngarəngdir. Bizim hamımız təbiətin bir hissəsiyik. Əslində Yer kürəsi adlandırdığımız planetimizin əsas məzmununu insanlarla bizi əhatə edən təbiətin harmoniyası təşkil edir. Dünyamızın bu günü, sabahı və gələcəyi bu vəhdətin tarazlığından asılıdır. Tarazlığın pozulması dünyanı, bütün bəşəriyyəti məhv edə bilər. Ona görə də biz insanlar təbiətə qayğı və məhəbbətlə yanaşmalı, planetimizi qorumalıyıq.

 13 may 2019-cu il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü liseyin biologiya müəllimi S. Kərimovanın təşkilatçılığı ilə IXa və IXd sinif şagirdləri ilə ümummilli lider H. Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Təbiəti dəyişməkdənsə, özünü dəyiş” adlı tədbir keçirildi.

   Tədbirdə IXa sinif şagirdləri: G.Qarayeva, F. Əhəmdzadə; IXd sinif şagirdləri: Əli Cavid, A. İsmayılzadə, M. Mustafayev, İ. Quliyev hazırladıqları təqdimatları nümayiş etdirdilər.

 IXa sinif şagirdləri: N.Rüstəmli, F. Cabbarova, M.Mansurov; IXd sinif şagirdləri: N.Hüseynlinin hazırladıqları divar qəzetləri iştirakçıların marağına səbəb oldu.        

    Sonda Ümummilli lider H. Əliyeva həsr olunmuş “Təbiət aşıqı” filmi nümayiş olundu.