FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"YARADIBDIR İNAM MƏNİ , MƏN İNAMIN ÖVLADIYAM."

28.04.2016

Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi öz poeziyası ilə neçə-neçə nəsillərin ürəyini fəth etmiş B.Vahabzadə unudulmaz və ürəklərdə daim yaşayan , poeziyamızı ləyaqətlə təmsil edən xalq şairidir.

Bizi əhatə edən aləmdə hər nə varsa B.Vahabzadəni dərindən düşündürən, xeyir və şəri, gözəlliklə-eybəcərliyi, böyüklüklə-kiçikliyi bir sözlə insan ruhunun ali və xırda duyğularını seviləcək , yadda qalacaq səviyyəsinə qaldırmaq şairin fitri istedadındandır.         Vətəndaşlıq  və lirizm  B.Vahabzadə yaradıcılıqında ayrılmaz qoşa simlərdir. O, vətənpərvərdir, aqildir, nəsihət verən və düzgün yol göstərəndir. B.Vahabzadə öz möhtəşəm poeziya məbədini ucaltmışdır. Şagirdlər də bu şeir məbədini daim ziyarət etməli , onu unutmamalı, ürəklərdə yaşatmalıdırlar.