FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadası

25.06.2019

2025 iyun 2019-cu il tarixlərində Kipr Respublikasında yeniyetmələrin 23-cü Balkan Riyaziyyat Olimpiadası keçirildi. Bu bilik yarışında Azərbaycanı 6 nəfərdən ibarət komanda təmsil edirdi. Komanda üzvlərindən ikisi - Amin Cəfərzadə və Toğrul Abbasov Fizika, riyaziyyat və informatika təmayüllü liseyin VIIIc sinfində təhsil alırlar.

Bu olimpiadada Toğrul Abbasov gümüş, Amin Cəfərzadə isə bürünc medal qazanıblar.

Şagirdlərimizi, onların müəllimlərini və valideynlərini təbrik edir, yeni-yeni uğurlar arzulayırıq!