XƏBƏRLƏR

QURBANOVA ELZA NASİM qızı
03.07.2019
Ali məktəblərə qəbul imtahanları başa çatmaq üzrədir. Artıq I və IV ixtisas qrupları üzrə abituriyentlərin nəticələri açıqlanıb. DİM-in məlumatına görə I ixtisas qrupu üzrə 7 abituriyent bütün test tapşırıqlarına düzgün cavab verərək, ən yüksək, yəni 400 bal toplayıb. Həmin abituriyentlər içərisində Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi QURBANOVA ELZA NASİM qızı da yer alıb.
Liseyin pedaqoji heyəti şagirdimizi təbrik edir, ona can sağlığı, təhsil illərində daha böyük uğurlar arzulayır!