XƏBƏRLƏR

Bilik yarışlarının qalibləri
01.07.2019
V Məktəblilərarası Fənn müsabiqəsinin nəticələrinə əsasən Fizika, riyaziyyat və informatika təmayüllü liseyin VIIb sinfinin 2 şagirdi – Mütəllimli İsmayıl Azər oğlu və Sadıxzadə Sadiq Fətta oğlu fizika fənni üzrə I yerə, həmin sinfin digər bir şagirdi – Yusifli Yusif Elnur oğlu III yerə, eyni sinifdə təhsil alan Şəfizadə Selcan Müşfiq qızı isə kimya fənni üzrə II yerə layiq görülüblər.
Bundan başqa Liseyimizin VIIIc sinfinin şagirdi - Abbasov Nəriman Müşviq oğlu Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinin təşkil etdiyi Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi 2019-un qaliblərindən biri kimi 2-ci yerə layiq görülmüşdür.
Şagirdlərimizi təbrik edir, onlara yeni-yeni uğurlar arzulayırıq!