FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibləri

02.07.2019

Təhsil Nazirliyi tərəfindən Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qaliblərinin adları elan olunub.

Nazirliyin açıqlamasına görə müsabiqəyə dövlət ümumi təhsil müəssisələri və pedaqoji işçilərdən  ümumilikdə 878  layihə təklifi daxil olub.

Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə 53, fərdi kateqoriya üzrə 115 layihənin dəstəklənməsini məqsədəuyğun sayıb. Müsbət qərar verilən 168 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib. Ümumilikdə 44 rayon və şəhər üzrə ümumi təhsil müəssisəsi və müəllimlər qalib gəlib.

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibləri içərisində Liseyimizin 3 müəllimi aşağıdakı mövzular üzrə müsabiqənin qalibi olublar:

Abdullayev Elşad Tofiq “Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası”na hazırlıq üçün müasir tədris resursu”

Əhmədov Zabul Habil “Şagirdlərdə elmi tədqiqat işinin aparılması səriştələrinin formalaşdırılması”

Məmmədov Orxan Kamran “Beynəlxalq Fizika Olimpiadalarına hazırlaşan şagirdlər üçün məsələ kitabı”

Müəllimlərimizi təbrik edir, onlara gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq!