XƏBƏRLƏR

60-cı Beynəlxalq Riyaziyyat Olimpiadasının qalibləri
22.07.2019
11-12 iyul 2019-cu il tarixlərində Böyük Britaniyanın Bath şəhərində 60-cı Beynəlxalq Riyaziyyat Olimpiadası (İMO 2019) keçirilmişdir. Dünyanın 110 ölkəsindən 621 şagirdin iştirak etdiyi bu bilik yarışında Azərbaycan məktəbliləri uğurla çıxış edərək, 3 bürünc medal qazanıblar. Medalların ikisini Fizika-riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdı Murad Ağazadə və XI sinif şagirdi Ramil Cəbiyev qazanıb.
Şagirdlərimizi təbrik edir, onlara yeni-yeni uğurlar arzulayırıq!