XƏBƏRLƏR

51-ci Beynəlxalq Kimya Olimpiadasının qalibi
30.07.2019
21-30 iyul 2019-cu il tarixlərində Fransanın paytaxtı Paris şəhərində məktəblilər arasında 51-ci Beynəlxalq Kimya Olimpiadası keçirilmişdir. Bu bilik yarışında Azərbaycanı təmsil edən komanda 2 medal (1 gümüş, 1 bürünc) qazanıb. Fizika-riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdı Əliyev Fərid medal qazanan şagirdlər sırasındadır. O, bu yarışda bürünc medal qazanıb.
Şagirdimizi təbrik edir, ona gələcək təhsil illərində uğurlar arzulayırıq!