FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

600-dən yuxarı bal toplayan məzunlarla görüş

05.09.2019

05.09.2019-cu il tarixində 20 nömrəli məktəb-liseydə Bakı Şəhər Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yasamal rayonunda yerləşən məktəblərin qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan məzunları ilə görüş keçirildi.

Görüşdə universitet rektorları, millət vəkilləri, Təhsil Nazirliyinin rəsmiləri və Yasamal rayon təhsil ictimaiyyətinin tanınmış nümayəndələri, məktəb rəhbərləri, müəllimlər və cari ilin məzunları iştirak edirdilər.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı cənab Əziz Əziziov imtahanlarda fərqlənən məzunlara qiymətli hədiyyələr təqdim etdi. Fizika, riyaziyyat və informatika təmayüllü liseyin yüksək bal toplamış 2 məzunu – Elza Qurbanova və Xəyal Həsənli də mükafat alanlar sırasında idi. Cənab başçı eyni zamanda, gənc nəslin təlim-tərbiyəsində önəmli fəaliyyət göstərdiklərinə görə bir qrup məktəb rəhbərlərini və müəllimləri də fəxri fərmanla təltif etdi. Fəxri fərmana layiq görülənlərdən biri də Fizika, riyaziyyat və informatika təmayüllü liseyin direktoru T. Talıbov idi.

Qeyd edək ki, Fizika, riyaziyyat və informatika təmayüllü lisey 2018-19-cu dərs ilini uğurla başa vurmuş, məzunlarımızın 98%-i ali məktəbələrə qəbul olmuş, 17 nəfər 600-dən yuxarı bal toplamış, 4 nəfər qızıl, 5 nəfər isə gümüş medala layıq görülmüşdür.

Məktəb rəhbərliyini və məzunlarımızı təbrik edir, onlara can sağlığı, işlərində yeni-yeni uğurlar arzulayırıq!