FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Beynəlxalq Meqapolis Olimpiadası

06.09.2019

01-06 sentyabr 2019-cu il tarixlərində RF-nin paytaxtı Moskva şəhərində Beynəlxalq Meqapolis Olimpiadası keçirilmişdir. Dünyanın müxtəlif ölkələrindən 45 komandanın qatıldığı bu bilik yarışında məktəblilərimiz 3-cü yerə layiq görülüb. Ölkəmizi təmsil edən komandanın tərkibində Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 5 şagirdi: Abutalıb Namazov, Murad Ağazadə, Murad Eynizadə, Fərid İsmayılov, Tamerlan Ağayev yer almışdır.

Şagirdlərimizdən riyaziyyat üzrə Murad Ağazadə gümüş, informatika üzrə Abutalıb Namazov gümüş, Murad Eynizadə işə bürünc medal qazanıblar.

Şagirdlərimizi, eyni zamanda, liseyin pedaqoji heyətini təbrik edir, daha böyük uğurlar arzulayırıq!