FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Layihənin təqdimat mərasimi

27.09.2019

Fizika, riyaziyyat və informatika təmayüllü liseyin riyaziyyat müəllimi Əhmədov Zabul Habil oğlu “Təhsildə innovasiyalar üzrə III Qrant müsabiqəsi”nin qalibi olmuşdur. Bu xüsusda 27.09.2019-cu il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü liseyin Akt zalında Əhmədov Zabul Habil oğlunun “Şagirdlərdə elmi-tədqiqat işinin aparılması səriştələrinin formalaşdırılması” adlı layihəsinin təqdimat mərasimi keçirildi. Tədbirdə liseyin müəllim və şagirdləri ilə yanaşı, digər məktəblərin şagirdləri, ölkənin tanınmış təhsil ekspertləri də iştirak etdilər. Tədbirdə çıxış edən ekspertlər layihənin əhəmiyyətini xüsusi vurğulayaraq, onun istedadlı şagirdlərin elmi-tədqiqat işlərinə cəlb olunmasında önəmli rol oynayacağını qeyd edtilər.

Zabul müəllimi liseyin kollektivi adından təbrik edir, ona gələcək işlərində uğurlar arzulayırıq!