FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Dayanıqlı İnkişaf Məqsədləri" adlı yürüş

01.10.2019

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan Nümayəndəliyinin (KOİCA), Azərbaycanlı Məzunlar Assosiasiyasının (KOAZ) təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun tərəfdaşlığı ilə sentyabrın 20 – 27-dək 150 ölkədə keçirilən “Global Climate Strike” və BMT-nin “Climate Action Summit”  beynəlxalq həftəsinə həsr olunmuş “Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda yürüş təşkil olunmuşdur.  Yürüşə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində məktəblərdə fəaliyyət göstərən ekoklubların aktiv üzvləri də qatılıblar.

Rəngarəng tədbir zamanı iştirakçılar “İçərişəhər” ərazisində olan sakin və turistlərə ekoloji yaşam tərzini təbliğ edərək, 17 Dayanıqlı İnkişaf Məqsədləri haqqında ətraflı məlumat veriblər. Tədbirin əsas məqsədi uşaq və gənclərin ekoloji biliklərinin artırılması, iqlim dəyişikliyi ilə mübarizə, ətraf mühitin problemləri və mühafizəsi, 17 Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda xüsusi bacarıqların formalaşmasından ibarət olub.

Qeyd edək ki, bu tədbirdə Fizika, riyaziyyat və informatika təmayüllü liseyidə fəaliyyət göstərən “Ekoklub” üzvlərindən klubun  lideri Nəsirova Fatimə və klubun üzvü Sadıqlı Aytən də fəal iştirak etmişdir.