FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Psixoloji maarifləndirmə, psixoloji diaqnostika

10.10.2019

2019-cu il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü liseydə “psixoloji maarifləndirmə, psixoloji diaqnostika” istiqamətləri üzrə tədbir keçirildi.  

Əvvəlcə şagirdlərin lisey haqqında fikirləri öyrənildi. Əsasən iki sual (Nələri bəyənib bəyənmədikləri, dərslərə olan maraqları haqqında) ətrafında müzakirələr aparıldı.

Daha sonra şagirdlərlə psixoloji test edildi, psixoloji diaqnostika aparıldı. Psixoloji diaqnostika nəticəsində şagirdlər özlərini tanıtdılar, hansı xarakterə malik olduqları, nələri düz, nələri yanlış bildikləri ortalığa çıxdı.

Daha sonra şagirdlərlə psixoloji maarifləndirmə aparıldı. Mövzu “Yeni sinif olduqları üçün yoldaşları ilə necə münasibət və ünsiyyət qurmaq bacarığı, dinləmə bacarığı, kollektivdə çalışmaq, birlik yaratmaq” kimi sahələri əhatə edirdi.

Sonda yeni tədris ilində məktəblərini dəyişdikləri üçün yaşadıqları stresi atmaq üçün əyləncəli psixoloji oyunlar keçirildi.