FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Şagirdlərin fərdi inkişaf dinamikası" adlı layihənin icrasına start verildi.

15.10.2019

         11.10.2019-cu il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü liseydə “Şagirdlərin fərdi inkişaf dinamikası” adlı layihənin icrasına başlamaq üçün hazırlıq xarakterli iclas keçirildi. İclasda tərbiyə işləri üzrə direktor müavini, tərbiyəçi müəllimlər, Uşaq Birliyinin rəhbəri iştirak edirdilər.

         Layihənin məqsədi, ondan gözlənilən nəticələr barədə iştirakçılara məlumat verildi. Qərara alındı ki, prosesə Liseyə yeni qəbul edilmiş VII sinif şagirdləri cəlb olunsun. Bu məqsədlə sinif rəhbərlərinə materiallar paylanıldı.