FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Sağlam həyat tərzi

16.10.2019

Sürətli həyat tempi, ekologiyasının pisləşməsi, informasiya və texniki xarakterli gərginliyin artması orqanizmə mənfi təsir göstərir. Ona görə də sağlamlığı qorumaq qaydalarını bilmək və ona əməl etmək vacibdir. Sağlam həyat tərzi gümrah yaşamağı və xəstəliklərdən uzaq olmağı nəzərdə tutur. Düzgün qidalanma sağlam həyat tərzinin ilkin şərtlərindən biridir, çünki vitamin, mikroelement və həyat enerjisini qidalardan alırıq. Bunu nəzərə alaraq kalorili, faydalı və ekoloji cəhətdən təmiz qidalar qəbul edilməsinə xüsusi fikir vermək lazımdır. Qidanın normadan artıq qəbul edilməsi xoşagəlməz hallara səbəb ola bilər. Zərərli vərdişlərdən uzaq olmaq da sağlamlığa zəmanətdir.

Qeyd olunanları təbliğ edmək üçün Fizika, riyaziyyat və informatika təmayüllü liseydə fəaliyyət göstərən “Ekoklub” üzvləri 15.10.2019-cu il tarixində “Sağlam həyat tərzi” mövzusunda maarifləndirici tədbir keçirdilər. Şagirdlər bu mövzuda divar qəzetləri, slaydlar və esselər hazırlamışdılar. Düzgün qidalanma ilə bağlı səhnəciklər təqdim olundu. Sağlam qidalar nümayiş etdirildi. Zərərli vərdişlər haqqında maarifləndirici söhbətlər aparıldı.