FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Sağalmaz xəstəlik olan narkomaniya

18.10.2019

Mən dünyada iki böyük bədbəxtlik tanıyıram:

bunlardan biri vicdan əzabı, o biri də

sağalmaz xəstəlik olan narkomaniyadır

(Lev Tolstoy)

 

17 oktyabr 2019-cu il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü liseydə “Narkomaniyanın törətdiyi fəsadlar” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə Bakı Dövlət Universiteti Fizika fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) sədr müavini və tədbiri həyata keçirən "Khoronos Team" komandasının rəhbəri və üzvləri iştirak edirdilər. Tədbir çərçivəsində  tələbələr şagirdlərlə "Pis vərdişlərdən uzaq olaq!" devizi altında ibrətamiz söhbət apardılar.

Tədbiri Fizika fakültəsinin TGT-nin sədr müavini Yusifov Samir giriş sözü ilə açaraq tədbirin mahiyyəti ilə şagirdləri yaxından tanış etdi: "İnsan doğulur, böyüyür, yaşlanır və dünyasını dəyişir. Hər bir canlı kimi insan da ölümü gec-tez dadır. İnsan ölümü müxtəlif səbəblərdən gerçəkləşə bilər. Bu amillərin sırasında müharibələr, yoluxucu xəstəliklər, avtomobil qəzaları, qətl hadisələri, intihar halları, təbii fəlakətləri və s. misal çəkmək olar. Son zamanlar isə sadalananların sırasına biri də əlavə olunub. Bu, "ağ ölüm" adlandırdığımız narkomaniyadır. Narkomaniya birbaşa intihar halı olmasa da, onun insanları tədricən məhv etdiyi, ölümə sürüklədiyi danılmazdır”. 

Samir Yusifov eyni zamanda, qeyd edib ki, narkomaniya uzun müddətdir ki, müasir cəmiyyətin ən çox rastlaşdığı və müzakirə etdiyi problemlərdən biridir. Təəssüf ki, bu bəlanın qurbanları hər keçən gün bütün dünyada durmadan artır. Güclü iradəyə malik olan insanlar bu öldürücü maddənin pəncəsindən gec də olsa, yaxa qurtara bilirlər.

Tədbirin sonunda təşkil edilmiş diskusiyda Liseyin şagirdləri fəallıq nümayiş etdirdilər.