FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Tütünün sağlamlığa zərəri

22.10.2019

22 oktyabr 2019-cu il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü liseydə “Tütünün sağlamlığa zərəri” mövzusunda tədbir keçirildi. Tədbirdə liseyin yuxarı sinif şagirdləri və BDU Fizika Fakültəsinin tələbələri iştirak edirdilər.

BDU Fizika fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Salmanlı Aynurə çıxış edərək şagirdlərə siqaretin zərərlərindən danışdı. Siqaretin zərərləriylə bağlı təcrübi video izlənildi. (siqaret isdifadə etməyən insanın ağ ciyəri və siqaret isdifadə edən insanın ağ ciyəri arasındakı fərdi şagirdlərə əyani olaraq göstərdi). Layihə rəhbəri Şükürlü Sevinc bu ideyanı irəli sürməsinin səbəblərini şagirdlərlə bölüşdü. Layihə rəhbəri Şükürlü Sevinc ilk öncə şagirdlərə mənfi ətraf mühit haqqında məlumat verdi və pis vərdişlərdən necə uzaq durmağın yolları barədə şagirdlərlə diskussiya apardı.  Öz növbəsində çıxış edən digər tədbir iştirakçıları da "Pis vərdişlər nələrdir?" mövzusu ətrafında öz fikirlərini şagirdlərlə bölüşdülər. Auditoriyadakı şagirdlərlə bu mövzuda oyun oynanıldı. TGT-nin bir qrup fəal gənci qara konvertlər içərisinə pozitiv düşüncələr yazılmış vərəqlər yerləşdirmişdilər. Tədbir iştirakçıları olan şagirdləri komandalara bölərək bu konvertləri şagirdlərə payladılar və içərisindəki ifadəni tam izah edən, öz düşüncələriylə anladan şagirdlərə hədiyyələr verdilər. Oyunun sonunda isə bütün uşaqlara hədiyyələr verildi. Tədbirin sonunda xatirə şəkilləri çəkildi.