XƏBƏRLƏR

Məktəbdaxili qiymətləndirmə
24.10.2019
23 oktyabr 2019-cu il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü liseydə təhsil alan VII sinif şagirdlərinin biliyini yoxlamaq üçün imtahan keçirildi. İmtahan üçün təqdim olunan materiallar həm qapalı, həm də açıq tipli test tapşırıqlarını əhatə edirdi.
İmtahan saat 11-dən 13:00-a qədər davam etdi. VII sinif şagirdlərinin hamısının imtahanda iştirakı təmin olundu. Nəticələr növbəti həftə ərzində açıqlanacaq.