
Qurd xəstəliklərindən necə qorunmaq lazımdır?
04.11.2019
01.11.2019-cu il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü liseydə “Qurd xəstəliklərindən necə qorunmaq lazımdır?” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə VIIç sinfinin şagirdləri daha fəal iştirak etdilər.
Tədbir sinif rəhbəri Ədilova Gültən müəllimənin çıxışı ilə başladı. Şagirdlər bu mövzuda apardıqları müxtəlif araşdırmaları, hazırladıqları divar qəzetlərini və slaydları təqdim etdilər.
Tədbirdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müvini Bəyalıyev Valeh, Uşaq birliyinin rəhbəri Hüseynzadə Nərmin, sinif rəhbərləri Manafova Südabə, Əfənfiyeva Aynurə, həkimlər: 29 saylı poliklinikada həkim-loborant və ADPU-da Tibbi biliklər fənnini tədris edən Hüseynova Turan, 6 saylı poliklinikada tibbi bacısı vəzifəsində çalışan Cavadova Xanım iştirak etdilər.
Sonda həkimlər Qurd xəstəlikləri haqqında ətraflı məlumat verdilər. Şagirdlərə bu xəstəliklərə yoluxmamaq üçün hansı qaydalara riayət etmək lazım olduğunu izah etdilər.