FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Təbiət və Texnologiyalar"

02.05.2016
 Təbiət Elmləri İctimai Birliyinin “Təbiət və Texnologiyalar” mövzusunda IX sinflər üçün seminarı keçirildi.
Şagirdlərin aktiv iştirak etdiyi tədbirdə Təbiət Elmləri İctimai Birliyinin sədri Rövşən Əkbərov təbiətdəki texnologiyalardan ətraflı məlumat verərək, insanların öz müasir və inkişaf etmiş texnologiyaları ilə təbiətdəki texnologiyaları sadəcə təqlid etdiklərini vurğulayıb. İnsan orqanizmindəki mükəmməl texnologiyalardan da bəhs edən təlimçi öz fikrini təbiəti qorumağın yalnız onu tanımaqla mümkün olacağını bildirməklə yekunlaşdırıb