FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Qan ver, bir həyatı xilas et.

08.11.2019

Talessemiya bütün dünyada yayılmış və valideynlərdən uşaqlara gen vasitəsilə keçən irsi qan xəstəliyidir. Qırmızı qan hüceyrələri olan eritrositlərin defekti nəticəsində yaranan qan azlığıdır.

Azərbaycan da bu xəstəliyin geniş yayıldığı ölkələr sırasındadır. Hər il respublikamızda 200-dən çox uşaq bu xəstəliklə doğulur. Xəstəliklə bağlı maarifləndirmə işləri çərçivəsində 07.11.2019 cu il tarixdə Fizika, riyaziyyat və informatika təmayüllü liseydə biologiya müəllimi S. Kərimova 8b sinif şagirdləri ilə birgə “Qan ver, bir həyatı xilas et” adlı tədbir keçirdi. Tədbirdə talessemiya xəstəliyi haqqında şagirdlərə məlumatlar verildi və bununla bağlı müxtəlif videoçarxlar nümayiş etdirildi. 8b sinif şagirdləri F.Allahverdiyeva, F.Qarayeva, N.Qarayevanın bu xəstəliklə bağlı hazırladıqları təqdimatlar da şagirdlər tərəfindən maraqla qarşılandı.