FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Mükafatlandırma mərasimi

12.11.2019

08 noyabr 2019-cu il tarixində dövlət təltiflərinə layiq görülən təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi keçirilib.

Mərasimdə Təhsil naziri Ceyhun Bayramov çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə təhsilin inkişafındakı xidmətlərinə görə fəxri adlara layiq görülən təhsil işçilərini təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Daha sonra Nazir son illərdə ölkəmizdə insan kapitalının inkişafı, o cümlədən təhsil sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər barədə danışıb və dövlətimizin bu sahəyə xüsusi önəm verdiyini qeyd edib.

Tədbirin sonunda təltif edilən təhsil işçilərinə medal və vəsiqələr təqdim olunub.

Qeyd edək ki, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin fizika müəllimi Əliyev Hacıağa Yaqub oğlu da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 oktyabr 2019-cu il tarixli sərəncamı ilə təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Hacıağa müəllimi təbrik edir, ona can sağlığı və işlərində uğurlar arzulayırıq!