FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

ICPC Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin qalibləri

13.11.2019

10 noyabr 2019-cu il tarixində Bakı Mühəndislik Universitetində ali məktəb tələbələrinin ICPC Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi keçirilmişdir. Bu müsabiqədə universitet tələbələri ilə yanaşı, 2 məktəbli komandası da iştirak etmişdir. 56 komanda arasında hər iki məktəbli komandası ilk yeri bölüşdürüblər.   

Qeyd edək ki, təqdim edilən 13 məsələnin hamısını həll edən yeganə komanda Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şadgirdlərindən (Namazov Abutalıb , Eynizadə Murad və Tağızadə İbrahim) ibarət komanda olmuşdur. Komandamız reytinq cədvəlində 1-ci yerdə qərarlaşmışdır.

Şagirdlərimizi bu qələbə münasibəti ilə təbrik edir, onlara uğurlar arzu edirik!