XƏBƏRLƏR

X sinif - monitorinq
15.11.2019
14 noyabr 2019-cu il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü liseydə təhsil alan X sinif şagirdlərinin biliyinin yoxlanması məqsədilə imtahan keçirildi. İmtahan materialları I və II ixtisas qrupu üzrə olan fənləri əhatə etdi. Şagirdlərə tapşırıqları cavablandırmaq üçün 2,5 saat vaxt ayrılmışdı.
İmtahanın nəticələri növbəti həftə ərzində açıqlanacaq.