FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Bilik yarışının qalibi – Astanlı Əsmər Rüstəm qızı

15.11.2019

     03 noyabr 2019-cu il tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzi 4 fənni (Azərbaycan dili, Riyaziyyat, Xarici dil və Məntiq) əhatə edən bilik yarışı keçirmişdir. Şagirdlərə ümumilikdə 90 sual təqdim olunmuşdur.

   Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9c sinif şagirdi Astanlı Əsmər Rüstəm qızı əldə etdiyi nəticələrə görə yarışmada birinci yerə layiq görülmüşdür. Qalib gələn şagirdimizə Mərkəz tərəfindən müxtəlif hədiyyələr, diplom və sertifikatlar verilmişdir.

   Astanlı Əsmər Rüstəm qızını təbrik edir, ona yeni-yeni uğurlar arzulayırıq!