FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Şagirdlərdə elmi-tədqiqat işinin aparılması səriştələrinin formalaşdırılması" layihəsi

26.11.2019

20 oktyabr 2019-cu il tarixindən başlayaraq, hər həftənin bazar günləri Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsinin qalibi, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin riyaziyyat müəllimi, əməkdar müəllim Zabul Əhmədovun “Şagirdlərdə elmi-tədqiqat işinin aparılması səriştələrinin formalaşdırılması” layihəsi çərçivəsində təlimlər keçirilir.

Təlimlərə Humanitar fənlər təmayüllü liseyin, Kimya, biologiya təmayüllü liseyin və Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri cəlb olunub. Bu təlimlərdə şagirdlərdə elmi-tədqiqatın aparılması ilə bağlı bacarıqların formalaşdırılması, elmi ədəbiyyatlardan istifadə, mənbələrin araşdırılması yolları və elmi işlərin yazılması qaydaları öyrədilir. Təlimlərdə şagirdlər araşdırmalarına uyğun təqdimat hazırlayır və müzakirələr aparırlar.

         Ən yaxşı tədqiqat işlərinin IX sabahın alimləri Respublika müsabiqəsinə təqdim olunması nəzərdə tutulur.

         Təlimlər 01 dekabr 2019-cu il tarixində başa çatır.