FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Tarixi-memarlıq abidələri"nə ekskursiya

26.11.2019

Fizika, riyaziyyat və informatika təmayüllü liseyin VIIIc sinfində Azərbaycan dili fənnini tədris edən Pəri Məhərrəmova “Tarixi-memarlıq abidələri” mövzusunu daha dərindən mənimsətmək üçün həmin sinfin şagirdləri ilə 18.11.2019-cu il tarixində İçərişəhərə ekskursiya etdilər.

Şagirdlər birinci İçərişəhəri, daha sonra Qız qalasını gəzdilər. Dərslikdən öyrəndikləri ilə gördüklərini müqayisə etdilər. Şagirdlərin Qız qalası ilə bağlı təəssüratları daha zəngin oldu. Burada bələdçi onları arxeoloji tapıntılarla tanış etdi. II mərtəbədəki tapıntılar daha çox silahlar idi. Burada İçərişəhərin xəritəsi çox gözəl şəkildə təsvir edilmişdi. III mərtəbədə yenə eyni qaydada tapıntılar, daşlar, qılınc-xəncər tapıntıları var idi. IV mərtəbədə 4D prizma ilə dəbilqə, qablar, çini qablar təsvir edilmişdi.

Şagirdlər Qız qalasının ən uca zirvəsinə V mərtəbəyə qalxıb Xəzər dənizini, Alov qüllələrini və bəzi başqa obyektləri müşahidə etməklə qədim və yeni Bakının bir-birini necə tamamladığının şahidi oldular.