FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Metodbirləşmə rəhbərləri ilə görüş

27.11.2019

     26 noyabr 2019-cu il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü liseydə ayrı-ayrı fənlər üzrə Metodbirləşmə rəhbərlərinin iştirakı ilə toplantı keçirildi. İclasda 2 əsas məsələ müzakirə olundu:

  1. Bugünədək görülmüş işlər barədə M.b. rəhbərlərinin məlumatı;
  2. Yarımilin sonunadək görüləcək işlər barədə.

İclasda Liseyin Tədris işləri üzrə direktor müavini Elçin Məmmədov M.b rəhbərlərinin gördüyü işlər barədə məlumatları, onların rəy və təkliflərini dinləyərək, gələcəkdə nəzərə alınacağını bildirdi. Direktor müavini yol verilmiş səhvləri sədrlərin diqqətinə çatdırdı və həm məktəbin fəaliyyət planına, həm də Təhsil Nazirliyindən gələn təlimata uyğun işlərin vaxtında görülməsi üçün səyləri artırmağı tapşırdı.