FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Səhnələşdirilmiş "Zalım şahla düzdanışan qoca" hekayəsi

29.11.2019

    22 noyabr 2019-cu il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Süleyman Murtuzov 8a sinfində Sinifdənxaric oxu dərsini “rollu oyunlar” üsulu ilə tədris etdi.

Şagirdlərə N.Gəncəvinin “Zalım şahla düzdanışan qoca” hekayəsini səhnələşdirmək tapşırılmışdır. Onlar müstəqil şəkildə qiyafələr hazırladılar və təqdimat boyu obrazları canlandırmağa çalışdılar.

Hekayənin səhnələşdirilməsində məqsəd şagirdlərimizdə müstəqil yaradıcılıq və rabitəli nitq bacarıqları formalaşdırmaq, mövzunun aid olduğu dövrü sosial-siyasi, mənəvi dəyərlər baxımından təhlil etmək və nəticə çıxarmaqdan ibarət olmuşdur.