FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Maddi imkanları məhdud olan məktəblilərə yardım

29.11.2019

Fizika, riyaziyyat və informatika təmayüllü liseydə təhsil alan şagirdlər noyabr ayı ərzində bir sıra sosial layihələrə qoşularaq, maddi imkanları məhdud olan məktəblilərə yardım etməkdə yaxından iştirak etmişlər. Belə ki, liseyin valideyn və şagird kollektivi  yığdıqları yardımı  28.11.2019-cu il tarixində Şamaxının ucqar kəndlərindən birində yerləşən orta məktəb şagirdlərinə göndərmişdilər.