FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Britaniyalı qonaq

04.12.2019

03 dekabr 2019-cu il tarixində Böyük Britaniyanın Lester Universitetinin STEM Beynəlxalq Təhsil üzrə (International STEM Education) məsləhətçisi Mark Vindale Fizika, riyaziyyat və informatika təmayüllü liseyin qonağı olmuşdur. Müşahidə məqsədilə qonaq əvvəlcə 11A sinfində ingilis dili dərsində iştirak etmiş, sonra liseyin direktoru T.Talıbovla gorüşmüşdür. Fokus qruplarla görüş məqsədi ilə liseyin ingilis dili müəllimlərindən, şagirdlərdən və valideynlərdən ibarət  3 qrupla ayrı-ayrı görüşlər də kecirilmişdir. Britaniyalı qonaq liseydən yüksək təəssüratla ayrılmışdır.

Qeyd edək ki, British Council üç il ərzində altı ölkədə (Azərbaycan, Gürcüstan, Qazaxıstan, Ukrayna, Türkiyə, Özbəkistan) reallaşdırılmalı olan irimiqyaslı "Gələcəyin ingilis dili" (Future English)   proqramını həyata keçirməkdədir. Proqramın əsas məqsədi məktəb təhsilində ingilis dilinin təlim və tədrisinin keyfiyyətinin artırılması, yaxud ali təhsil alacaq məktəb məzunlarının ingilis dili biliklərinin aşağı səviyyədə olması problemini həll etmək üçün gələcək innovasiyaları dəstəkləyən tədqiqatların aparılması və dəlillərin toplanmasıdır.