FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Məktəbdaxili imtahanlarda ən yüksək nəticə göstərən şagirdlərimiz

04.12.2019

   23 oktyabr - 14 noyabr 2019-cu il tarixləri ərzində Fizika, riyaziyyat və informatika təmayüllü liseyin VII – XI sinifləri arasında məktəbdaxili imtahanlar keçirilmiş və nəticələri təhlil edilərək məktəb ictimaiyətinin diqqətinə çatdırılmışdır.

   Əvvəlcədən qərara alınmışdır ki, bu imtahanlarda ən yüksək nəticə göstərən şagirdlərə məktəb tərəfindən hədiyyə təqdim olunsun.

    İmtahanların nəticələrinə əsasən Liseyin VIIc sinif şagirdi – Sərxanova Günel, VIIIb sinif şagirdi – Sadıxzadə Sadiq, VIIId sinif şagirdi – Mirzəzadə Zeynəb, IXd sinif şagirdi – Babayeva Maisə imtahan keçirilən fənlərin hamısından “əla” qiymət alaraq, ən yüksək nəticə göstəriblər.

     Bu münasibətlə həmin şagirdlərə Lisey rəhbərliyi adından hədiyyələr təqdim olundu.

     Şagirdləri təbrik edir, onlara can sağlığı və təhsildə yeni-yeni uğurlar arzulayırıq!