FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar dəyirmi masa

07.12.2019

06 dekabr 2019-cu il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü liseydə 10c və 10d sinfinin tərbiyəçi müəllimləri: Südabə Manafova və Kəmalə Əliyevanın təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar dəyirmi masa keçirildi. Bu tədbirdə liseyin 10c və 10d sinif şagirdləri də iştirak edirdilər.

Dəyirmi masaya Azərbaycan Dillər Universiteti rektorunun ictimai məsələləri üzrə müşaviri, Tələbələrlə iş və tərbiyə şöbəsinin müdiri Sərraf Balaxan oğlu Hüseynov da dəvət olunmuşdur. O, şagirdlər qarşısında “Ümummilli lider H. Əliyevin qayıdışları” adlı məruzə ilə çıxış etdi. Çıxışında Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi müddətdə dövlət və dövlətçilik üçün etdiyi işlərdən geniş bəhs edən Sərraf Hüseynov sonda şagirdlərlə qarşılıqlı sual-cavab xarakterli müzakirə apardı və şagirlərin ümumilli liderlə bağlı ona yönəli suallarına ətraflı cavab verdi.