FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Liseylərarası bilik yarışı

08.12.2019

08.12.2019-cu il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü liseydə Azərbaycan Respublikası Təhsil Nazirliyinin İstedadlı Uşaqlarla İş Şöbəsinin təşkilatçılığı ilə 6 liseyin bütövlükdə 10 komandası arasında “Bilik” yarışı keçirildi.

Tədbirdə Təhsil Nazirliyinin sektor müdiri Xamis Seyranov, İstedadlı Uşaqlarla İş Şöbəsinin müdiri Fuad Qarayev də iştirak edirdilər.

Bilik yarışı 5 mərhələni əhatə etdi. Mərhələlər arası fasilələrdə şagirdlər hazırladıqları səhnəcikləri iştirakçıların diqqətinə çatdırdılar. Fizika, riyaziyyat və informatika təmayüllü liseyin VIIIc sinif şagirdlərinin hazırladıqları səhnəcik (S. Vurğunun “Vaqif” dramından Qacarla Vaqifin deyişməsi) sürəkli alqışlarla qarşılandı.

Qeyd edək ki, gərgin keçən mübarizədə Fizika, riyaziyyat və informatika təmayüllü lisey 3-cü yerə layiq görüldü.

Şagirdlərimizi təbrik edir, onlara yeni-yeni uğurlar arzulayırıq!