FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Məktəblilərin Proqramlaşdırma üzrə 20-ci Ümumrusiya Açıq Cempionatı"nda İBM Fools AZ komandası III dərəcəli mükafata layiq görülüb

09.12.2019

    29 noyabr – 3 dekabr 2019-cu il tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində Biznes və Texnologiya Universitetində “Məktəblilərin Proqramlaşdırma üzrə 20-ci Ümumrusiya Açıq Cempionatı”nın komanda müsabiqəsi keçirilmişdir. Bu Beynəlxalq proqramlaşdırma müsabiqələrində Azərbaycan məktəblilərindən ibarət 3 komanda iştirak etmişdir. Müsabiqə Tbilisi şəhəri ilə yanaşı, Sankt-Peterburq, Barnaul, Alma-Ata və Kremençuk şəhərlərində də keçirilmişdir.

   “Cənubi Qafqaz Açıq Çempionatı”nın komanda müsabiqəsinin nəticələrinə görə Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdlərindən ibarət İBM Fools AZ (tərkibi: Abutalıb Namazov, Murad Eynizadə, İbrahim Tağızadə, komanda rəhbəri: Rəşad Məmmədov) komandası uğurla çıxış edərək, 86 komanda arasında III yerə layiq görülmüşdür.

      Şagirdlərimizi təbrik edir, onlara yeni-yeni uğurlar arzulayırıq!!!