XƏBƏRLƏR

Ləziz saat
11.12.2019
09 dekabr 2019-cu il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü liseyin yeməkxanasında VII siniflər arasında “Ləziz saat” adlı yarışma keçirildi. Yarışın münsiflər heyəti aşağıdakı tərkibdə idi:
- Liseyin Tərbiyə işləri üzrə direktor müavini Bəyalıyev Valeh,
- Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin nümayəndəsi Nəsirova Elnarə,
- Liseyin təqaüdçü müəllimi Əkbərova Sərvinaz,
- Liseyin baş aşbazı Hüseynova Şaxnaz,
- Liseyin operatoru Mailə Məsimova
Yarışda VII sinif şagirdləri və onların valideynləri iştirak edirdi. 6 nəfərdən ibarət komandada 3 şagird və 3 valideyn, yəni 3 ailə mübarizə aparırdı.
Yarış iştirakçılarına əvvəlcədən təqdim edilmiş vərəqlərdə hazırlayacaqları salatların adı, tərkibi və hazırlanma qaydası yazılmışdır. Komandalar 15 dəqiqə ərzində 3 salat (“Bilərzik”, “Vineqret” , “Meyvə”) hazırladılar.
Münsiflər heyəti VIIç sinif şagirdlərinin hazırladıqları salataları yüksək qiymətləndirdi. Yarışın sonunda qaliblərə və iştirakçılara müxtəlif hədiyyələr verildi.