FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Nəsimi gecəsi"

12.12.2019

    11 dekabr 2019-cu il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü liseydə sinif rəhbəri Elnarə Əhmədovanın təşkilatçılığı və VIIIb sinif şagirdlərinin yaxından iştirakı ilə İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş “Nəsimi gecəsi” keçirildi.

  Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı. Sonra şagirdlər şairin həyatı və yaradıcılığı haqqında dolğun məlumat verdilər və Nəsiminin yaradıcılığından seçilmiş qəzəlləri dinləyicilər qarşısında təqdim etdilər. Qəzəllərin təqdimatı tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

  Şagirdlərin ifasında təqdim olunan səhnələr tədbirin ən baxımlı hissəsini təşkil etdi. Bu hissənin hazırlanması zamanı “Nəsimi” filminin fraqmentlərindən istifadə olunsa da, prosesə yaradıcı yanaşma açıq-aydın hiss olunurdu. Şagirdlər səhnələri daha da təsirli etmək üçün Nəsimi dövrünə uyğun qiyafələr geyinmişdilər.

 Tədbir şairin “Məndə sığar iki cahan…” qəzəlinə bəstələnmiş məşhur mahnının sədaları altında, tamaşaçıların sürəkli alqışları ilə başa çatdı.

   Liseyin rəhbərliyi bu tədbirin araya-ərsəyə gəlməsində əmək sərf edənlərə, xüsusən VIIIb sinif şagirdlərinə və sinif rəhbəri Elnarə Əhmədovaya təşəkkür edir, onlara işlərində uğurlar arzulayır!