FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Böyük ömrün dastanı" adlı tədbir

16.12.2019

12 dekabr 2019-cu il tarixdə IXb sinfində Ümummilli lider, dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin anım gününə həsr edilmiş “Böyük ömrün dastanı “ adlı tədbir keçirildi.

Tədbirdə iştirak edən IXb sinfinin rəhbəri M.İsayeva və sinfin şagirdləri ulu öndərin şərəfli ömür yolundan, onun tarixi xidmətlərindən danışdılar. Tədbirdə H.Əliyevin şərəfli həyat yolundan bəhs edən “Heydər Əliyev – Azərbaycan” videoçarxı nümayiş etdirildi.

Sonra şagirdlərin ifasında ulu öndərə həsr olunmuş şeirlər dinlənildi: M.Ləman – “Qara xəbərin acısı”, M.Aysel – “Vətən oğlu”, C.Xədicə - “Heydər baba”, Ə.İlkin  “Başın sağ olsun vətən”.

Tədbirdə liseyin Tərbiyə işləri üzrə direktor müavini V.Bəyalıyev Azərbaycan dövlətinin qurucusu və memarı H.Əliyev haqqında geniş məlumat verdi.