FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

IXb sinfi – valideynlərlə görüş

17.12.2019

13 dekabr 2019-cu il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9b sinfində təhsil alan şagirdlərin valideynləri ilə görüş keçirildi. Görüşün keçirilməsində əsas məqsəd valideynləri övladlarının təlim nəticələri ilə tanış etmək, müəllimlərin həmin sinfin şagirdləri ilə bağlı fikirlərini onlara çatdırmaq idi.

 İclas əsnasında 9b sinfində dərs deyən müəllimlər ayrı-ayrılıqda çıxış edərək fikirlərini bildirdilər. İclasda iştirak edən tərbiyə işləri üzrə direktor müavini V. Bəyalıyev valideynlərin irad və təklifləri dinlədi və rəhbərliyin diqqətinə çatdıracağını bildirdi.