FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

V Məktəblilərarası Fənn müsabiqəsinin qalibləri

18.12.2019

17 dekabr 2019-cu il tarixində Bakı şəhər 20 nömrəli tam orta məktəbdə V Məktəblilərarası Fənn müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Mərasimdə Respublikanın təhsil ictimaiyyətinin tanınmış nümayəndələri, Təhsil Nazirliyinin rəsmiləri də iştirak edirdilər.

Mükafatlandırma medalların qaliblərə təqdim olunması prosesi ilə davam etdi. Əvvəlcə bürünc, sonra gümüş, ən sonda isə qızıl medal alan şagirdlər mükafatlandırıldı.

Qeyd edək ki, Fənn müsabiqəsinin qalibləri sırasında Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri də yer alıb və komanda hesabında lisey I yerdə qərarlaşıb. Həmin şagirdlər riyaziyyat, fizika, kimya və informatika fənləri üzrə qalib olmuşlar:

  1. Bəkirov Səid Pərviz oğlu – VIIc, riyaziyyat, gümüş medal;
  2. Qədimli Ömər Hikmət oğlu – VIIc, riyaziyyat, bürünc medal;
  3. Məmmədli Hüseyn Müşfiq oğlu – VIIc, informatika, gümüş medal;
  4. Muradlı Məsud Teyyub oğlu – VIIc, riyaziyyat, gümüş medal;
  5. Yusifzadə Rüfət Elnur oğlu – VIIc, riyaziyyat, gümüş medal;
  6. Xammədov Məhəmməd Rəşid oğlu – VIIIç, fizika, gümüş medal;
  7. Qarayeva Fatimə İlham qızı – VIIIb, kimya, bürünc medal;
  8. Mütəllimli İsmayıl Azər oğlu – VIIIb, fizika, qızıl medal;
  9. Namazova Dərya Zülfüqar qızı – VIIIb, kimya, qızıl medal;
  10.  Sadıxzadə Sadiq Fətta oğlu – VIIIb, fizika, qızıl medal;
  11.  Şəfizadə Selcan Müşfiq qızı – VIIIb, kimya, gümüş medal;
  12.  Yusifli Yusif Elnur oğlu – VIIIb, fizika, bürünc medal.

 Şagirdlərimizi təbrik edir, onlara təhsillərində yeni-yeni uğurlar arzulayırıq!