FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Müəllimlərimiz "Qabaqcıl Təhsil İşçisi" döş nişanı ilə təltif ediliblər

20.12.2019

    Azərbaycan Respublikası Təhsil Nazirliyinin 04 oktyabr 2019-cu il tarixli K-1516 nömrəli əmri ilə Fizika, riyaziyyat və informatika təmayüllü liseyin Tədris işləri üzrə direktor müavini Elçin Məhəmməd oğlu Məmmədov və liseyin fizika müəllimi Gülbiçə İsmət qızı İsayeva Azərbaycan Respublikası “Qabaqcıl Təhsil İşçisi” döş nişanı ilə təltif ediliblər.

   Müəllimlərimizi təbrik edir, onlara can sağlığı və işlərində uğurlar arzulayırıq!