XƏBƏRLƏR

Yeni il şənliyi
24.12.2019
22.12.2019-cu il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü liseydə təhsil alan IX sinif şagirdləri Yeni il şənliyi keçirdilər. Şənlikdə rəqs və oyunlar nümayiş etdirildi. Daha sonra şagirdlər müxtəlif mahnılar oxudular.
23.12.2019-cu il tarixində liseydə fəaliyyət göstərən Ekodünya adlı Ekoklub üzvləri də Yeni il şənliyi keçirdilər. Şənliyə Dünya Azərbaycanlıların Həmrəylik Gününə aid səhnə ilə açılış edildi. Şagirdlər tərəfindən Azərbaycan haqqında müxtəlif şeirlər söyləndi. Sonra maraqlı oyunlar və rəqslər nümayiş etdirildi.